İsraildə Qafqaz mafiyasının lideri Yanis Yuşayev güllələnib
Bu barədə İsrail mediası xəbər verir
İsraildə yerli hüquq-mühafizə orqanları tərəfindən sözdə Qafqaz mafiyasının lideri hesab edilən Yanis Yuşayev güllələnib.
Hadisə Qeysəriyyə yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib. Yuşayev ağır güllə yaraları alıb və xəstəxanaya aparılıb, daha sonra orada ölüb.
İsrail mediasında yayılan görüntülərə görə, qatil yanacaqdoldurma məntəqəsinin girişinə yaxınlaşıb, Yuşayevin çıxmasını gözləyib və şahidlərin gözü qarşısında başının arxasına bir neçə dəfə atəş açıb.
"Ynet" portalının məlumatına görə, Yuşayev yanacaqdoldurma məntəqəsinin ərazisindəki restorandan çıxırmış.
Şübhəli şəxs daha bir cinayətkarla birlikdə maşınla aradan çıxıb.
1 dəqiqədən az