XƏBƏRLƏR / Kriminal

İrandan gələn narkotikin ardı-arası kəsilmir

Qaçaqmalın qarşısını Dövlət Sərhəd Xidməti alıb

İrandan gələn narkotikin ardı-arası kəsilmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan sərhədçiləri İrandan külli miqdarda narkotik maddə qaçaqmalçılığı cəhdinin qarşısını alıblar. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 55 kq 105 qram narkotik maddə və 1000 ədəd Metadon M-40 həbi müsadirə edilib.

    Avqustun 21-də bir nəfər 26 kq narkotik maddə və həblərlə saxlanılıb. Növbəti gün, 22 avqustda isə üç Azərbaycan vətəndaşı 29 kq 100 qram narkotik maddə ilə saxlanılıb.

    İstintaq tədbirləri davam etdirilir.