XƏBƏRLƏR / Kriminal

ABŞ-də klub qarşısında atışma olub

Bir nəfər ölüb, dördü yaralanıb

ABŞ-də klub qarşısında atışma olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-nin Hyuston şəhərində klub qarşısında silahlı insident olub.

    Bu barədə "ABC News" məlumat yayıb.

    Mübahisə zəminində baş verən atışmada bir nəfər ölüb.

    Telekanalın məlumatına görə, 4 nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.

    Bundan əvvəl Florida ştatında ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb.