XƏBƏRLƏR / Kriminal

"Crocus City"də öldürülən azərbaycanlının FOTOsu

Vüqar Hüseynovun həyat yoldaşı Lilit İsraelyan da ölüb

"Crocus City"də öldürülən azərbaycanlının FOTOsu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskvada konsert zalına hücumun qurbanları arasında azərbaycanlı Vüqar Hüseynov da var.

    O, erməni həyat yoldaşı Lilit İsraelyanla hadisə zamanı "Krokus"da konsertdə olub.

    1983-cü il təvəllüdlü Vüqar Hüseynov Rusiya vətəndaşıdır.

    Vüqar Hüseynov və həyat yoldaşı hadisə günü konsertdə olublar və terrorçuların gülləsinə tuş gəliblər. Onların hər ikisinin öldüyü bildirilir.

    Uzun illərdən bəri Moskvada yaşayan Vüqar Hüseynov, ehtimal ki, Rusiya paytaxtında dəfn olunacaq.

    Qeyd edək ki, Moskvada terror aktı nəticəsində ölənlərin sayı 137-ə çatıb.