XƏBƏRLƏR / Kriminal

İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb

Bu barədə DSX-dən məlumat verilib

İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.

    Bu barədə DSX-dən məlumat verilib.

    Bildirilib ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.