XƏBƏRLƏR / Kriminal

İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb

Yaralılar var

İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranda polis postuna silahlı hücum olub.

    İranın qərbindəki Kürdüstan əyalətinin Bane şəhərində polisin nəzarət-buraxılış məntəqəsinə silahlı hücum olub.

    Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub.

    Hücum zamanı daha iki polis əməkdaşı və iki mülki şəxs yaralanaraq tibb müəssisələrinə çatdırılıb.