XƏBƏRLƏR / Kriminal

SEPAH-ın iki hərbçisi atışmada ölüb

İran mediası yazır

SEPAH-ın iki hərbçisi atışmada ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın Qərbi Kirmanşah əyalətində silahlı qrupun hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi ölüb, daha iki nəfər yaralanıb. Bu barədə İran mediası məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, hücum bazar ertəsi axşamı İranın İraqla sərhədi yaxınlığındakı Paveh ərazisində baş verib. Bu barədə SEPAH-ın Kirmanşah əyalətindəki İctimaiyyətlə Əlaqələr Ofisi açıqlama yayıb.

    Bəyanata görə, gizləndikləri evdən atəş açan naməlum silahlılar “qorxaq və xain terror aktı” törədərək SEPAH hərbçilərini qətlə yetiriblər. Ölən iki nəfərin yerli SEPAH üzvləri olduğu müəyyən edilib. Hücum zamanı daha iki nəfər yaralanıb.

    SEPAH atışma ilə bağlı şəraitin müəyyənləşdirilməsi və silahlı şəxslərin tapılması üçün araşdırma aparıldığını bildirib.

    Hücuma görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.