ABŞ İrəvanı Rusiyaya qaçaqmal göndərməkdə suçladı
Vaşinqton Ermənistandan Rusiyaya sanksiya qoyulmuş aviasiya texnikasının keçirilməsi sxemini üzə çıxarıb
ABŞ Ermənistan vasitəsilə Rusiya Federasiyasına qaçaqmalçılıq yolu ilə aviasiya texnikasının keçirilməsi sxemini üzə çıxarıb
ABŞ-da Ermənistan üzərindən Rusiyaya qaçaqmalçılıq yolu ilə aviasiya texnikasının və avadanlıqların keçirilməsi ilə bağlı səs-küylü cinayət işi var. Medianın öyrəndiyi kimi, amerikalı müstəntiqlər Kanzas sakini, ABŞ vətəndaşı Kirill Buyanovskini həbs ediblər. Məlum olub ki, o, “KanRus” şirkəti vasitəsilə illərdir, o cümlədən Ukraynada müharibə başlayandan və sanksiyalardan sonra belə tədarüklər həyata keçirirmiş.
"Buyanovski etiraf etdi ki, o, uzun müddətdir ki, mürəkkəb Amerika təyyarələrinin Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə məşğuldur", - Baş prokurorun köməkçisi Metyu Olsen bildirib.