XƏBƏRLƏR / Kriminal

İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alınıb

DSX xəbər verir

İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.