XƏBƏRLƏR / Kriminal

Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın saxlanılıb

Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib

Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakının Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğunda cinayət işi başlanıb.

    Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    Qeyd edək ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb.

    Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

    Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.

    Araşdırmalar aparılır.