XƏBƏRLƏR / Kriminal

Pakistanda məktəb mikroavtobusu atəşə tutulub

İki uşaq ölüb, beşi isə yaralanıb

Pakistanda məktəb mikroavtobusu atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Pəncab əyalətində naməlum şəxslər məktəb mikroavtobusunu atəşə tutublar.

    "Dawn" informasiya portalının yaydığı məlumata görə, hadisə iki uşağın ölməsi, sürücü də daxil olmaqla altı nəfərin yaralanması ilə nəticələnib.

    “Naməlum şəxslərin məktəb furqonunu atəşə tutması nəticəsində iki uşaq ölüb, beşi isə yaralanıb”, – portalın yerli xilasetmə xidmətinə istinadla yaydıği məlumatda belə deyilir. Uşaqların hamısının 10-12 yaş arasında olduğu bildirilir.

    Mikroavtobusu atəşə tutan şəxslər hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, atışma şəxsi düşmənçilik zəminində baş verib və atəş açanların hədəfi sürücü olub.