XƏBƏRLƏR / Kriminal

Goranboyda oğul anasını qətlə yetirib YENİLƏNİB

Hadisə zamanı onun həyat yoldaşı da bıçaqlanaraq xəsarət alıb

Goranboyda oğul anasını qətlə yetirib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:10

    Goranboyda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

    Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilıib ki, yanvarın 31-də saat 05:30 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub: "Başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir".

    ***

    09:00

    Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

    Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 12 aprel 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.

    Hadisə zamanı həyat yoldaşı – 29 yanvar 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

    Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.