XƏBƏRLƏR / Kriminal

Krasnoyarsk meri rüşvət almaqda ittiham olunur

Vladislav Loginov saxlanılıb

Krasnoyarsk meri rüşvət almaqda ittiham olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov yol təmiri ilə bağlı keçirilən müsabiqədə təşkilatın qələbəsi üçün sahibkardan 180 milyon rubldan (təxminən 2,3 milyon dollar) çox rüşvət almaqda ittiham olunur.

    Rusiya KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

    “Krasnoyarsk başçısı Vladislav Loginov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi araşdırılır”, - o qeyd edib.

    Qeyd edək ki, Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.