XƏBƏRLƏR / Kriminal

Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını öldürüb

31 yaşlı Kainat Namazov bacısını da yaralayıb YENİLƏNİB

Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını öldürüb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:10

    06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.

    Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

    Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.

    ***

    16:34

    Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

    Polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.

    Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.