Əkrəm İmamoğluna 8 il 9 aya qədər həbs cəzası istənilib
Onun diplomunun saxta olduğu barədə akt tamamlanıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan və həbs olunan Əkrəm İmamoğlu barədə diplom istintaqında ittiham aktı tamamlanıb.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Əkrəm İmamoğlunun diplomunun saxta olduğu iddia edilib.
İttiham aktında İmamoğlunun “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə 8 il 9 aya qədər həbs cəzası istənilib.