XƏBƏRLƏR / Kriminal

İstanbulda 6 İran casusu həbs olunub

Yerli media xəbər verir

İstanbulda 6 İran casusu həbs olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) əməliyyat keçirib, İrana casusluqda ittiham edilən 6 nəfər həbs edilib.

    Yerli media xəbər verir ki, əməliyyat İstanbulda keçirilib.

    Bildirilib ki, Türkiyədə hərbi sənaye şirkətinin sahibləri Erhan Ergelen və Taner Özcan və bir nəfər iranlı da daxil olmaqla, 6 nəfər “siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirrinin əldə edilməsi” ittihamı ilə tutulublar.