Cəlilabadda əmi 13 və 14 yaşlı qardaşı uşaqlarını baltalayıb
Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib
Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, ilkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Xatırladaq ki, ötən gün Cəlilabadda əmi qardaşı uşaqlarına kəsici-deşici alətlə xəsarət yetirib, onlardan biri ölüb, digəri isə yaralanıb.
İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.
1 dəqiqə