XƏBƏRLƏR / Kriminal

DTX MİDA mənzilləri ilə dələduzluq edən şəxsi saxlayıb

Şərifov Kənan çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir

DTX MİDA mənzilləri ilə dələduzluq edən şəxsi saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

    Kənan Şərifov Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

    O, digərləri ilə birlikdə MİDA adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.