XƏBƏRLƏR / Kriminal

Vardanyan ittihamnaməsini eşıdıb yenə aclıq elan etdi

O, tam sərbəst şəkildə ailə üzvləri vasitəsilə növbəti dəfə beynəlxalq ictimaiyyətə hay-küylü mesaj yollayıb

Vardanyan ittihamnaməsini eşıdıb yenə aclıq elan etdi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Separatçı Ruben Vardanyan ailə üzvləri vasitəsilə beynəlxalq ictimaiyyətə mesaj çatdıraraq aclıq aksiyasına başlayıb.

    Mesajın tərcüməsini olduğu kimi oxuculara təqdim edirik:

    19 fevral 2025-ci il

    “Dünən məhkəmə farsına qarşı aclıq aksiyası keçirmək qərarına gəldim. Bu, mənim beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavabımdır. Məhkəmə zalında baş verənləri məhkəmə prosesi adlandırmaq olmaz - bu, mənim ədalətli mühakimə hüququma açıq şəkildə məhəl qoyulmadığı siyasi şoudur.

    Son bir ay ərzində vəkilim və mən məhkəməyə “məhkəmə” prosesinin obyektiv olmasının mənim üçün çox vacib olduğunu çatdırmağa çalışırdıq. Lakin əvvəldən məlum idi ki, iş yalnız ona görə mənə qarşı yönəlib ki, mən Artsaxın erməni xristian əhalisini qorumaq üçün söz azadlığı və siyasi iştirak hüququmdan istifadə etmişəm.

    Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın iştirakçısı olmasına baxmayaraq, bu proses kobud ədalət pozuntuları ilə müşayiət olunur:

    1. Məni qeyri-qanuni olaraq mülki məhkəmədə yox, hərbi tribunalda mühakimə edirlər.

    2. İşin materialları və mənə qarşı olan “sübutlar” - Azərbaycan dilində 422 cildlə tam tanış ola bilməmişəm, öyrənilməsi üçün mənə cəmi 21 iş günü vaxt verilmiş, materiallar dövlət sirri kimi təsnif edilmişdir.

    3. Mənə təqdim olunan “ittiham aktı” mənim ittihamçılarım tərəfindən imzalanmadığından rəsmi sənəd deyil. Hətta bu “sənədin” tərcüməsində mənə qarşı irəli sürülən ittihamların mahiyyətini anlamağa imkan verməyən kobud səhvlərə yol verilib.

    4. Məni müdafiə hüququndan məhrum edirlər: yerli vəkilim Abraham Bermanın materiallara, müsadirə edilmiş sənədlərə çıxışı məhduddur və psixoloji təzyiq altındadır. Bundan əlavə, beynəlxalq hüquq qrupuma mənimlə əlaqə saxlamaq və ya mənimlə görüşmək qadağan edildi və heç bir iş materiallarına çıxışı yox idi.

    5. Mənə müdafiə tərəfinin şahidlərini çağırmaq, istintaq və məhkəmə prosesində yol verilmiş qanun pozuntuları barədə şikayət vermək qadağandır.

    6. Beynəlxalq nümayəndələr məhkəmə zalına buraxılmır, proses tam təcrid və ciddi nəzarət altında aparılır;

    Bu proses təkcə mənim yox, “sınağım”dır. Bu, bütün erməniləri, Artsaxa və onun sakinlərinə kömək edən hər kəsi, eləcə də mərhəmət göstərən hər kəsi günahlandırmaq cəhdidir. Bu, bütöv bir xalqa zərbədir.

    Mən bu farsda iştirak etməkdən imtina edirəm.

    Mən dünya liderlərinə, bütün beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə, mətbuat nümayəndələrinə müraciət edirəm:

    Bu proses sizin diqqətinizi tələb edir. Ədalətin təqlidi qanunsuzluğa və ədalətsizliyə bəraət qazandırır. Bu cür pozuntular qarşısında susmaq yeni faciələrə yol açır, düşmənçiliyi alovlandırır və yeni nifrət dalğası yaradır. Yalnız həqiqət, qanun və humanizm sayəsində regionda sülh və ədalət təmin oluna bilər”.

    Ruben Vardanyan