Serbiyada 8 nəfəri qətlə yetirən şəxs yaxalanıb
21 yaşlı Uros Blaziç Kraquyevaç şəhərində tutulub
Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenvaçda terror aktı törədən şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarının 600 əməkdaşının iştirak etdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Uros Blaziç Kraquyevaç şəhərində yaxalanıb.
Xatırladaq ki, U.Blaziç mübahisə zəminində əvvəlcə iki qohumunu güllələyib, sonra yolboyu avtomobildən ətrafdakı insanlara atəş açıb. Serbiya Daxili İşlər Nazirliyi hadisə nəticəsində 8 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını açıqlayıb.
Ölkənin hakimiyyət orqanları baş verənləri terror aktı kimi qiymətləndirib.