XƏBƏRLƏR / Kriminal

Masazırda 25 yaşlı qadın qətlə yetirilib

Əri könüllü olaraq polisə təslim olub

Masazırda 25 yaşlı qadın qətlə yetirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

    Araşdırma aparılır.