XƏBƏRLƏR / Kriminal

İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb

Hadisəni törədənlər polis tərəfindən axtarışdadır

İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İordaniyanın cənubunda yerləşən Hamud kəndindəki kilsədə silahlı insident baş verib.

    “Al Arabiyya”nin xəbərinə görə, iki silahlı şəxs yas mərasiminin iştirakçılarına atəş açaraq, hadisə yerindən qaçıb.

    Silahlı hücum nəticəsində azı 7 nəfər ölüb.

    Hadisəni törədənlər polis tərəfindən axtarışdadır.