XƏBƏRLƏR / Kriminal

Horadizdə İrandan gələn narkotik tutulub

Dövlət sərhəd xidməti Azərbaycan vətəndaşını yaxalayıb

Horadizdə İrandan gələn narkotik tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət sərhəd xidməti (DSX): İyulun 12-də “Horadiz” sərhəd dəstəsi xidməti ərazisində naməlum şəxsin şübhəli hərəkətlərini qeydə alıb.

    DSX-dan verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılıb. Baxış zamanı ondan 13 kq 400 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.