Füzuli rayonunda insana məxsus sümüklər aşkarlanıb
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb
Martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində minatəmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.