XƏBƏRLƏR / Kriminal

Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanılıb

DİN xəbər verir

Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kürdəmir rayonunda həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Qeyd olunub ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılaraq istintaqa təhvil verilib.

    Hadisə mayın 30-da Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.