Türkiyənin məşhur mafiya lideri İtaliyada həbs olunub FOTO
Barış Boyun Türkiyədə ən çox axtarılan cinayətkarlardan biri hesab olunur
Türkiyənin mütəşəkkil cinayətkar qrupunun lideri Barış Boyun Roma yaxınlığında həbs edilib. O, vətənində 2022-ci ildə ən çox axtarılan cinayətkarlardan biri hesab olunur, İstanbul prokurorluğu onun həbsinə beynəlxalq order verib.
Bundan əvvəl silahlı dəstə təşkil etməkdə, terrorda iştirakda, qətldə və silah alverində ittiham olunan Boyun İtaliyada saxlanılıb. Lakin 2023-cü ildə İtaliya məhkəmələri Türkiyənin onun ekstradisiyası tələbini rədd edib.
“La Repubblica” qəzetinin yazdığına görə, İtaliyanın Baş naziri Giorgia Meloni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan cinayətkarın ölkədən çıxarılması ilə bağlı şəxsi müraciət alıb və saxlanma əməliyyatına Türkiyə xüsusi xidmət orqanlarının, eləcə də İnterpolun nümayəndələri cəlb oluna bilər.
İtaliyanın müxtəlif bölgələrində, o cümlədən Siciliya adasında polisin keçirdiyi genişmiqyaslı əməliyyat zamanı türk cinayətkar qrupunun 18 üzvü həbs edilib. "Radio-1"in aydınlaşdırdığı kimi, Boyun Viterbo yaxınlığındakı evdə (Romadan 60 km məsafədə) yaxalanıb.