XƏBƏRLƏR / Kriminal

Goranboyda qardaş bacısını bıçaqlayıb YENİLƏNİB

Hadisə rayonun Nizami kəndində qeydə alınıb

Goranboyda qardaş bacısını bıçaqlayıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:47

    Goranboyda bıçaqlanan qadının vəziyyəti orta ağır qiymətləndirilir.

    Bu barədə TƏBİB-dən bildirilib.

    "Mayın 31-də saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır", - qeyd olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsə kəcisi deşici ailətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanıb.Faktla bağlı araşdırmalar davam etdirilir.

      ***

      09:25

      Goranboyda bacısına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

      Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

      Faktla bağlı araşdırmalar davam etdirilir.

      ***

      08:42

      Goranboyda bıçaqlanma hadisəsi baş verib.

      Hadisə rayonun Nizami kəndində qeydə alınıb.

      Kənd sakini 1987-ci il təvəllüdlü G.Nəcəfova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

      Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

      Məlumata görə, G.Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S.Nəcəfov bıçaqlayıb.

      Faktla bağlı araşdırma aparılır.