XƏBƏRLƏR / Kriminal

Xankəndidə ötən gün xeyli silah-sursat aşkarlanıb FOTO

Daxili İşlər Nazirliyi xəbər verir

Xankəndidə ötən gün xeyli silah-sursat aşkarlanıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.