XƏBƏRLƏR / Kriminal

Yevlaxda həmkəndlilərin mübahisəsi qətllə nəticələnib

Yevlax rayon prokurorluğu xəbər verir

Yevlaxda həmkəndlilərin mübahisəsi qətllə nəticələnib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Yevlax rayon prokurorluğundan verilən məlumata görə, iyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.