Fransa vətəndaşı casusluqda ittiham edilərək saxlanılıb
Bunu Martin Rianın həbsi barədə Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva "Frans Press"ə bildirib
Azərbaycan hakimiyyəti Fransa vətəndaşını casusluqda ittiham edərək saxlayıb. Bu barədə Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva bildirib.
"Casusluq aktları törətməkdə şübhəli bilinən Martin Rian dekabrın 4-də saxlanılıb. Məhkəmə “Merkorama” MMC-nin baş direktoru vəzifəsini tutan Rianı 4 ay müddətinə həbs edilməsinə qərar verib", - France Press onun sözlərindən sitat gətirir.
Diplomat qeyd edib ki, Rayanın həbsi ilə bağlı Fransanın Bakıdakı səfirliyinə şifahi məlumat verilib.