Ağdamda 4 il əvvəl itkin düşən qızı atası öldürüb?
Hələ ki, Nərgiz Nəcəfovanın meyiti tapılmayıb
Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyətyanı sahədə basdırıldığı ehtimal olunur.
"Trend" xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Nərgiz Nəcəfovanın atası Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 24 yaşlı qızını öldürərək həyətyanı sahədə basdırmaqda ittiham olunur.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin əraziyə baxış keçirilir. Hələ ki, Nərgiz Nəcəfovanın meyiti tapılmayıb.