Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata həbs edilib
Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib
Qızına şiddət göstərən Elnur Məmmədov həbs edilib.
Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib k, Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı görüntülər yayılmışdır. Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.