XƏBƏRLƏR / Kriminal

Gəncədə marketə basqın olub

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub

Gəncədə marketə basqın olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinə maskalı naməlum şəxsin şəhər ərazisindəki mağazaların birinə qanunsuz daxil olaraq mühafizəçini küt əşya ilə yaralaması və içərisində 157151 manat, 6040 dollar və 18 100 rubl pul olan metal seyfi çıxarması barədə məlumat daxil olub. 

    Baş İdarə və tabeli strukturların əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxınlıqdan oğurlanmış seyf aşkar edilib.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Nicat Abdullayev tutulub. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.