XƏBƏRLƏR / Kriminal

Sumqayıtda oğul anasını öldürdü YENİLƏNİB

Bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib

Sumqayıtda oğul anasını öldürdü YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:53

    Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində qadının qətlə yetirilməsinin bəzi təfərrütları məlum olub.

    Qətlə yetirilən 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının 3 övladı var. Qadın qızı ilə birgə yaşayırmış. Məlumata görə, qadının oğlu bacısıgilə gedib, qapını anası açıb. O, anasını orada qətlə yetirib.

    Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    ***

    11:30

    Fevralın 3-də saat 10 radələrində Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.