XƏBƏRLƏR / Kriminal

İrandan külli miqdarda narkotikin keçirilməsinə cəhd ediblər

Bu barədə DSX-dan məlumat verilib

İrandan külli miqdarda narkotikin keçirilməsinə cəhd ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə DSX-dan məlumat verilib.

    Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.