XƏBƏRLƏR / Kriminal

Azərbaycanda da insan orqanı alan qadın Qazaxıstana verilib

Bu barədə Qazaxıstan mediası məlumat yayıb

Azərbaycanda da insan orqanı alan qadın Qazaxıstana verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

    Bu barədə Qazaxıstan mediası məlumat yayıb.

    Məlumata görə, ukraynalı qadın 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

    Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır, o, bu yaxınlarda təsadüfən Polşada tutulub. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.