XƏBƏRLƏR / Kriminal

Paşinyan qonşu dövlətlərin bayrağlarının yandırılması haqda

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb

Paşinyan qonşu dövlətlərin bayrağlarının yandırılması haqda
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.

    Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

    Onun sözlərinə görə, Paşinyan bunu təxribat adlandırıb.

    "Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı praktikadır", - Bağdasaryan qeyd edib.

    Azərbaycanda Paşinyanın "dovşana qaç, tazıya tut" siyasətinə çoxdan alışıblar. Bu siyasət Ermənistana xeyir gətirməyəcək. Əgər ölkənin baş naziri bu təxribatın əlehinə idisə, niyə buna yol verilirdi? Ermənistanda hüquq-ühafizə orqanları yoxdur ki?