Ağstafada qadın qadını qətlə yetirməkdə şübhəli bilinir
Hadisə Dağkəsəmən kəndində baş verib YENİLƏNİB
13:26
Ağstafa rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Hadisənin borc üstündə baş verdiyi bildirilir.
Hadisəni törədən 49 yaşlı Zülfiyyə Musayeva 61 yaşlı Fatimə Musayevadan ötən illin iyul ayında min manat borc pul alıb. Bir neçə gün bundan əvvəl F.Musayeva Z.Musayevadan pulu istəyib. Z. Musayeva borcunu qaytarıb. Dünən isə o, F. Musayevagilə gedib, kəsici ailətlə evdə tək olan qadının boğazına və qoluna xəsarət yetirərək qətlə yetirib.
Onlar həm qohum, həm də qonşu olub.
Mərhumun həyat yoldaşı Elman Musayev bildirib ki, qadın hadisəni törədəndən sonra evlərindən 5-6 min manat pul aparıb.
***
09:17
Ağstafada qətl törədən qadın saxlanılıb.
Yanvarın 9-da gecə saatlarında Dağkəsəmən kəndində 61 yaşlı Fatma Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı araşdırma aparılır.