XƏBƏRLƏR / Kriminal

Rusiyada terror aktı zamanı ölənlərin sayı 150 nəfərə çatıb

YENİLƏNİR

Rusiyada terror aktı zamanı ölənlərin sayı 150 nəfərə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:24

    Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

    Bu barədə "112" teleqram kanalı məlumat yayıb.

    ***

    15:02

    Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.

    “Baza” teleqram kanalının yaydığı məlumata görə, ölü sayının 143-ə çatdığını bildirib.

    Ölü sayının daha da artacağı ehtimal edilir.

    ***

    14:44

    Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.

    Bu barədə Rusiya İstintaq Komitəsindan məlumat verilib.

    Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, terror aktı nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır qiymətləndirilir.

    ***

    13:57

    Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib.

    Siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.

    Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.

    ***

    09:20

    Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb.

    Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

    Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.