Terror aktını 500 min rubla törədib VİDEO
İlkin dindirilmə
“Crocus City Hall”a terror hücumunda şübhəli bilinən şəxs ona 500 min rubl (9 250 AZN) vəd edildiyini etiraf edib.
Saxlanılan şəxs pulun yarısının onun bank kartına köçürüldüyünü, ikinci yarısının isə daha sonra köçürüləcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən kartını meşədə itirib. Həmin şəxsin sözlərinə görə, kuratorlar onunla “Telegram” vasitəsilə əlaqə saxlayıblar.
Xatırladaq ki, dünən terror aktı nəticəsində 140-dan çox adam ölüb, 100-dən çox insan xəsarət alıb.