XƏBƏRLƏR / Kriminal

Hövsanda qətl törədilib

Suraxanı Rayon Prokurorluğu xəbər verir

Hövsanda qətl törədilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 20-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.