XƏBƏRLƏR / Kriminal

Zəvvarları aldadan şəxs tutuldu

DİN xəbər verir

Zəvvarları aldadan şəxs tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraqda yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov “Instagram” sosial şəbəkəsində “Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib. Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə “bloklayaraq” onlarla olan əlaqələrini dayandırıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.

    Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.