Azərbaycanlı qadın küçənin ortasında öldürülüb
Bu barədə "İhlas" xəbər agentliyi xəbər verir
Türkiyənin Sakarya vilayətində Azərbaycan vətəndaşı olan qadın öldürülüb.
Bu barədə "İhlas" xəbər agentliyi xəbər verir.
Bildirilir ki, Adapazarı adlanan bölgədə 32 yaşlı Şəlalə Mirzəli küçədə keşmiş sevgilisi tərəfindən güllələnib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ötən gün baş verib. Məlumata görə, Şəlalə Mirzəli işə gedən zaman güllələnib.
Qətli törətməkdə şübhəli bilinən 45 yaşlı Alaattin A. polis tərəfindən saxlanılıb. Hadisə yerindən sübutlar götürülüb.