Türkiyədə bələdiyyə sədri silahlı hücumda öldürüldü
Bələdiyyə sədri ilə bərabər sürücüsü də öldürülüb
 
                                Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib.
Silahlı hücumda daha üç nəfər yaralanıb.
Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib.
Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            