XƏBƏRLƏR / Kriminal

"Oğlumun qatili edam olunanda onun gözlərinin içinə baxacam"

Bunu Tehrandakı səfirliyimizə silahlı hücumda şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib

"Oğlumun qatili edam olunanda onun gözlərinin içinə baxacam"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Oğlumun qatilinin edamında iştirak edəcəm. Övladımın qatili layiqli cəzasını alıb deyə insanın ürəyində biraz yüngüllük hissi yaranır. Qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur" - Tehrandakı səfirliyimizə silahlı hücumda qəhrəmancasınaa şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov

    Qeyd edək ki, İran tərəfi sözdə terrorçuya edam hökmü çıxarmasına baxmayaraq, hökmün icrasını hər vəclə uzatmağa çalışırdı. Son bəhanələri mərhum Orxan Əsgərovun yaxınlarının razılığı olması barədə məlumat yayıblar. Orxanın atası Rizvan kişi bildirib ki, o və digər oğlu bir il əvvəl ölüm hökmünün icrasına razılığı haqda İran tərəfinə yazılı ərizə ilə müraciyyət ediblər. Buna baxmayaraq molla rejimi qatilin edamın icrasını yenə uzadır.