taliya sahillərində 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində kokain daşıyan gəmi saxlanılıb.
İtaliyanın ANSA agentliyi xəbər verir ki, polis gəmidə olan 20 nəfəri həbs edib.
Həbs edilənlərdən 5-i gəminin ekipaj üzvüdür. Palau bayrağı altında üzən gəmidə saxlanılan digər 15 nəfərin Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşları olduğu bildirilir.
İtaliya polisi onları Palermo limanına çatdırıb.