XƏBƏRLƏR / Kriminal

Bakıda dava olub, bıçaqlananlar var

Bakının Nizami rayonunda baş verib

Bakıda dava olub, bıçaqlananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

    Hadisə Bəhruz Nuriyev küçəsində olub. Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Ələkbərov Murad Mehdi oğlu və 1975-ci il təvəllüdlü Xəlilov Vüqar Məsim oğlu bıçaq xəsarətləri alıblar. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.