Menendes və erməni arvadı ədalət mühakiməsinə mane olublar
Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində antiazərbaycan senatoruna qarşı yeni ittiham irəli sürülüb
ABŞ Senatının ermənipərəst senatoru Robert Menendes ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
Nyu-Yorkun Cənub Dairəsi məhkəmə məlumat bazasında dərc edilən yenilənmiş rəyə əsasən, senatora və onun erməni mənşəli həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlar, həmçinin “ədalətə mane olmaq və ədalət mühakiməsinə mane olmaq üçün yeni cəhdlər” ittihamları daxildir.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında senatora və həyat yoldaşına üç iş adamı ilə korrupsioner sövdələşmələrdə əli olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı ittihamlar irəli sürülüb. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Daha sonra ABŞ Ədliyyə Nazirliyi Menendesə qarşı əlavə ittihamlar irəli sürərək onu Misir və Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.