XƏBƏRLƏR / Kriminal

Mingəçevirdə 37 yaşlı qadın qətlə yetirildi YENİLƏNİB

DİN xəbər verir

Mingəçevirdə 37 yaşlı qadın qətlə yetirildi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb.

    Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. 

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

    ***

    19:22

    Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.