Abşeron rayonunda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.
Avqustun 11-də Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orxus"u mübarizədən kənarlaşdırıb.
Səfərdə 1:2 hesabı ilə uduzan komanda evdə rəqibini 4 cavabsız qolla üstələyib.
1 dəqiqədən az